“Qəbələ”nin məşqçisi ilə bağlı qərar
27.09.2023 , 15:56

“Qəbələ”nin məşqçisi Rasim Ramaldanov 2 oyuluq cəzalandırılıb.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında qərar verib.
Axərbaycan Premyer Liqasının 7-ci turunun “Qəbələ” – “Qarabağ” oyununun 42-ci dəqiqəsində ev sahibi klubun məşqçisi Rasim Ramaldanov meydana daxil olaraq rəqib oyunçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyunluq cəzalanıb, “Qəbələ” klubu 1000 manat cərimə edilib.
