Azərbaycan Premyer Liqasının 17-ci turunda AZAL-ı qəbul edən
“qırmızı-qaralar” 2:0 hesablı qələbəyə seviniblər.
Korner.az-ın məlumatına görə, bu haqda goal.az saytı xəbər yayıb.
“Qəbələ”nin baş məşqçi Roman Qriqorçuk cəzalı olduğundan, komandanı meydana
Sənan Qurbanov çıxarıb.
Oyundan sonra təşkil edilən mətbuat konfransında Qurbanov qələbəni şərh
edib: “Çempionatda artıq bütün komandalar həm sürətli futbol oynayır, həm də
müdafiədə kompakt şəkildə çıxış edə bilirlər. Biz də topa daha çox sahib olub
dominantlıq etmək istəyirik. Bəzən alınır, bəzən isə çox istədiyimizdən
problemlərlə üzləşirik. Ümumilikdə götürsək, komanda təzyiq yarada bilir. Baş məşqçinin
də istəyi daim total şəkildə rəqibə təzyiq etməyimizdi. Tez qol vurmağa
çalışırıq. Buna nail olmadıqda futbolçularda bəzən psixoloji gərginlik yaranır.
Hər şeyə rəğmən bu gün çox vacib 3 xal qazandıq. Buna çox ehtiyacımız var idi.
AZAL-ın “Qarabağ”la son matçını təhlil etmişdik. Həmin matçda həm müdafiə
olunmaqda, həm də sürət baxımından çox inamlı təsir bağışlamışdılar. Bu gün də
bunu gördük”.
