“Qəbələ”nin məşqçisi 4000 manat cərimələndi
19.09.2023 , 13:55
İntizam Komitəsinin bu gün iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda Premyer Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun 15 nömrəli futbolçusu Pyer Zebli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zirə” klubu 1500 manat cərimə edilir (maddə 39.1);
“Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Sumqayıt” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);
“Zirə” – “Sumqayıt” oyununda meydan sahibi klubun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Zirə” klubu 800 manat cərimə edilir (maddə 52.1);
“Zirə” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);
“Araz-Naxçıvan” – “Neftçi” oyununda “Araz-Naxçıvan” klubunun 42 nömrəli futbolçusu Kadiri Mohammed ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 36.5);
“Kəpəz” – “Səbail” oyununda PFL-in Əsasnaməsinin tələbləri pozulduğuna görə (internetin olmamasına görə) “Kəpəz” klubuna xəbərdarlıq edilir (maddə 11);
“Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Turan Tovuz” klubu 500 manat cərimə edilir (maddə 51.8);
“Turan Tovuz” – “Qəbələ” oyununun 30-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Xaqani Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra baş hakimi təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Qəbələ” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);