“Qəbələ”nin legioneri milliyə dəvət aldı
08.08.2018 , 12:45

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisinin düşərgəsinə dəvət alıb.
Yığmanın baş məşqçisi Klaude le Roy onu Afrika Millətlər Kubokunun seçmə tuirniri çərçivəsində sentyabrın 9-da keçiriləcək Beninlə oyunda iş başında görmək istəyir.
Qeyd edək ki, 2011-ci ildə ölkəsinin əsas yığmasında debüt edən Lalavele bu komandada 13 oyunda 1 qol vurub.
