“Qəbələ”nin legioneri İsrail klubunda
07.01.2021 , 21:59

“Qəbələ” ilə yollarını ayırmağa hazırlaşan legioneri Ceyms Adeniyinin karyerasını İsraildə davam etdirəcək.
Korner.az xəbər verir ki, 28 yaşlı nigeriyalı hücumçu “Hapoel” (Kiryat-Şimona) ilə razılaşıb.
Belə ki, hazırda klublar arasında keçidin son detalları müzakirə olunur. Ceymsin qısa zamanda İsrailə uçacağı və Kiryat-Şimona təmsilçisinə qoşulacağı bildirilib.
Qeyd edək ki, 2019/20 mövsümünü icarə əsasında “Hapoel”də keçirmiş Adeniyinin “Qəbələ” ilə müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdir.
