"Qəbələ" klubu yeni mövsümə hazırlıqları Sloveniyada davam etdirir. 14 günlük təlim-məşq toplanışı müddətində 5 yoxlama oyunu nəzərdə tutulub. Artıq rəqiblərdən birinin hansı komanda olacağı təsdiqlənib.
Korner.az-ın məlumatına görə, oyun bu gün Bakı vaxtı ilə saat 21:00 keçiriləcək. Rəqib Çexiya təmsilçisi MFK "Karvina"dı.
MFK "Karvina" 2003-cü ildə yaradılsa da,1921-ci ildə əsası qoyulmuş SK “Fristat”ın varisi hesab olunur. Hazırda Çexiyanın 2-ci liqasında çıxış edir.
