Bu gün “Qəbələ” Ərzurum toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, “qırmızı qaralar” həvəskarlar liqasında çıxış edən “Aşkalespor”la üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” Türkiyədəki ilk yoxlama oyununda Ərzurumun U-21 komandası ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
