“Qəbələ”nin idman direktoru Toni Adams məşhur “goal.com” saytına açıqlama verib.
Korner.az-ın məlumatına görə, “Arsenal”ın sabiq futbolçusuaçıqlamada klubun gələcək planları ilə bağlı bir çox məsələlərə toxunub.
“Qəbələ”də çalışdığım 4 il ərzində İngiltərə 4 boyük klubda Vengerdən başqa hər bir məşqçi vəzifəsini itirib. Ona görə də məşqçilik haqqında düşünmürəm. “Qəbələ” ilə 3 illik müqaviləm var və bu müddət ərzində vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışacağam. Yanvar ayında Türkiyədə hazırlıq toplanışında olan zaman komandaya olduqca yaxın dayandım. Yeni məşqçi gəlmişdi, ona təhlillərdə köməklik etmək lazım idi. Fevral və mart aylarında isə klubun bütün yaş qrupları nın oyunlarını izlədim. İnfrastruktur direktorumuz Stenli Breda dəstək verdim. Aprel ayında başqa futbolçular diqqətimi çəkdi. Mövsüm başa çatan kimi hərəkətə keçəcəyəm. Komandamızda ən yaxşı şərait var. Ən yaxşı məşqçi ilə işləyirik. Meydançamız möhtəşəmdir. Bu il avroliqaya vəsiqə qazanacağıq. Bir sözlə həqiqətən hər şey möhtəşəmdir. ”
