Yeni mövsümün hazırlıqlarını doğma şəhərində gündəlik 2 məşqlə davam etdirən "Qəbələ" təlim-məşq prosesinin ilkin mərhələsinin 8 gününü arxada qoyub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əsasən fiziki çalışmalara üstünlük verilən bu mərhələ Qəbələdə iyulun 10-dək davam edəcək.
