AFFA İntizam Komitəsinin dünən keçirilən iclasında əvəzedicilərin çempionatında çıxış edən klublar və birinci divizion təmsilçiləri də cəzalanıb.
Korner.az-ın məlumatına görə, “Sumqayıt” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Qəbələ” matçının 74-cü dəqiqəsində “Qəbələ” klubunun Əziz Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
Azərbaycan I Divizionunun VI turunun “Qala” – “Şuşa” matçında “Qala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub 100 manat cərimə olunub.
Bundan başqa, “Tərəqqi” – “Şahdağ” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
