“Qəbələ”nin futbolçusu turun ən yaxşısı seçildi
11.03.2020 , 15:55

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 20-ci turunun ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki ,bu, 352 göstərici ilə “Qəbələ”nin yarımmüdafiəçisi Nikolas Rayseldir.
Fransız futolçu “Sumqayıt”a qarşı görüşdə (5:0) 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
