Transferlər

“Qəbələ”nin futbolçusu Türkiyə BAL Liqasında

31.07.2018 , 12:28

Ötən mövsümün ilk yarısını “Sumqayıt”da, ikinci hissəsini isə icarə əsasında “Xəzər”də keçirən “Qəbələ”nin hücumçusu Ramil Hasanov karyerasını Türkiyədə davam etdirəcək.

22 yaşlı hücumçu BAL Liqasında çıxış edən “1074 Cankırıspor” klubuna keçib. Ramil Türkiyə klubu ilə 1 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, gənc futbolçu Ukraynanın “Tavriya” klubunun yetirməsidir. O, vaxtıyla 21 yaşadək futbolçulardan ibarət milli komandamıza dəvət alıb.

Son yazılar

Yuxarı