“Sumqayıt” 2013/14 mövsümü üçün transfer çalışmalarına start verib.
Korner.az-ın məlumatına görə, komanda son olaraq, “Qəbələ”də çıxış edən Azərbaycan millisinin üzvü Vurğun Hüseynovu heyətinə qatıb.
25 yaşlı futbolçu “Sumqayıt”la ikiillik müqaviləyə imza atıb. Hüseynovun ilkin fikirləri belə olub: “Sumqayıt”la ikiillik müqavilə imzaladım. Bunun üçün çox şadam. Klubda görülən işlərlə tanış olandan sonra müqavilə imzalamağa qərar verdim.
Burada gənclərə böyük önəm verirlər. Son dövrlər “Sumqayıt” milli komandalara kifayət qədər futbolçu verib. İnşallah özümü yaxşı tərəfdən göstərin əvvəlki formamı bərpa edib yenidən A milli komandanın formasını geyinərəm”.