Premyer Liqanın ilk turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-la qarşılaşan (2:2) “Sumqayıt” klubu növbəti transferini reallaşdırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011/2012 mövsümünü “Qəbələ”də keçirmiş Murad Hüseynov "Sumqayıt"la bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, 23 yaşlı forvard 4 dəfə Azərbaycan millisinin formasını geyinib və 1 qola imza atıb.
