Estoniya millisinin qarşıdan gələn yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Korner.az-ın Estoniya mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Maqnus Perssonun 30 nəfərlik siyahısında “Qəbələ”nin hücumçusu Sergey Zenyovun da adı var.
Estonlar mayın 29-da Litva, iyunun 1-də Andorra, 4-də Latviya, 8-də isə Portuqaliya ilə qüvvəsini sınayacaq.
