Gürcüstan millisinin dünya çempionatının seçmə mərhələsində ilk oyunu üçün heyəti açıqlanıb.
Korner.az-ın məlumatına görə, “Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskinin adı da baş məşqçi Vladimir Vayssın 28 nəfərlik siyahısında yer alıb.
Avqustun 29-da bir araya gələcək Gürcüstan millisi “DÇ-2018”in seçmə mərhələsində ilk oyununu sentyabrın 5-də Avstriyaya qarşı keçirəcək.
