“Qəbələ”nin futbolçusu millinin heyətindən çıxarıldı
02.02.2020 , 13:31

Bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Korner.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Sənan Qərimov heyətdən çıxarılıb.
Toplanışa dəvət olunmuş Qərimovun səhhəti ilə əlaqədar Antalyaya yollanan heyətdə yer almadığı qeyd olunub.
