“Qəbələ”nin futbolçusu millidə 58 dəqiqə oynadı
13.10.2018 , 11:33

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.
27 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində meydana çıxıb. O, D qrupunun III turunun Qambiya ilə ev oyununda iştirak edib. Start heyətində yer alan Atakora 58-ci dəqiqədə əvəzlənib. Toqo millisi bu ev oyununda 1 xalla kifayətlənib – 1:1.
Xatırladaq ki, üç oyundan sonra hesabında 2 xal olan Atakoranın komandası 4-cü pillədə qərarlaşıb.
