“Qəbələ”nin futbolçusu milli komandaya çağırılıb
31.03.2019 , 13:43

Qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
“Qəbələ” klubunun rəsmi saytına istinadən verilən xəbərə görə, adı çəkilən klubun futbolçusu Güləmbər Qasımova yığmaya çağırılan heyətdə yer alıb. O, komandanın aprelin 1-dən 6-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi çərçivəsində aprelin 3-də və 6-da Estoniya yığması ilə yoldaşlıq oyunları keçiriləcək.
Qeyd edək ki, hər iki matç “Dalğa Arena”da baş tutacaq.
