“Bu məğlubiyyətdən dərs çıxartmalıyıq. Oyunumuza yenidən baxmalıyıq. Əksiklərimizi düzəltməyə çalışacağıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Dodo “Simurq” – “Qəbələ” oyunundan sonra saytımıza açıqlamasında deyib.
O, sözlərinə belə davam edib:
“Ehtiyatda qalmağım məşqçinin qərarıdır, mənə qalsa 1000 oyun oynayaram. Bu gün şans verdi, əlimdən gələni etməyə çalışdım. İmkanlarımız hələ də var. Meydançada ürəklə mübarizə aparmaq mühümdü. Hər şeydən öncə öz ailəni düşünməlisən. Məşqçilərin hər birinə hörmətim var. Yeni transferlərə də vaxt lazımdır”.
