“Qəbələ”nin
yarımmüdafiəçisi Asif Məmmədov Qol.az-ın suallarını cavablandırıb.
Korner.az müsahibəi təqdim edir:
– Dünən
“İnter”i məğlub edib finala çıxdınız. Finalda olmaq necə hissdir?
– Təbii
ki, gözəl hissdir. Finala çıxdığımız üçün sevincliyik. Final matçında da yaxşı
oynayıb, kuboku qazanmağı hədəfləyirik.
–
Amma finalda rəqibiniz güclü “Qarabağ” olacaq.
–
“Qarabağ”la matçlar çətin olur. Finalda da bütün gücünü ortaya
qoyacaq. Amma finaldan öncə çempionat oyunlarımız var. Ona görə hələ ki, final
haqqında düşünmürük. Fikrimizi Premyer Liqaya yönəltmişik.
– Yəqin
“Qarabağ”ın sizə rəqib düşməsi ürəyinizcə olmadı…
–
Bizim üçün rəqibin kimliyi önəmli deyil. Bütün komandalarla oyunlar çətin
keçir. Əsas məsələ əlimizdən gələni edib, qələbə qazanmaqdır.
–
“Qarabağ” bir neçə dəfə kuboku qazansa da, sizin ümumiyyətlə, kubokunuz yoxdur.
Bu, sizə əlavə bir motivasiya verirmi?
– Əlbəttə
ki, bizim üçün əlavə motivasiyadır. Çünki bizim kubokumuz olmayıb. Ona görə də istəyirik ki, ən azı ölkə
kubokunu qazanaq. Ancaq çempionluq şansımız da bitməyib. Mübarizəni sona qədər
davam etdirəcəyik.
–
“Qarabağ”dan 4 xal geridəsiniz. Və növbəti oyunda Ağdam komandası ilə səfərdə
oynayacaqsınız. Bu matçı final adlandırmaq olar?
– Mən
deyərdim ki, aramızda 4 xal fərq olmasına baxmayaraq, bizə çox maraqlı oyun
gözləyir. Bütün fikirlərimizi bu oyuna yönəltmişik. Biz bilirik ki, bu oyundan
qələbə ilə dönməsək, bu, bizə pis başa gələ bilər. Tək məqsədimiz qələbə
qazanmaqdır. Qalib gəlsək, düşünürəm ki, hər şey yaxşı olacaq.
–
Aradakı 4 xallıq fərq komandada ruh düşkünlüyü yaratmayıb?
– İstər-istəməz
ruh düşkünlüyü yaranıb. Amma qarşıda böyük oyun var. Bir qələbə ilə hər şey dəyişə
bilər..
–
Çempionatda zəif komandalara qarşı sanki tam gücünüzü qoyurmusunuz və xallar
itiririrsiniz, liderlə xal fərqi də artır. Səncə, səbəbi nədi?
– Səbəbini
dəqiq bilmirəm. Bilsəm, deyərdim. Yəqin ki, zəif komandalarla oyunda komanda
rahat oynayır . Ona görə də xal itiririk. Başqa səbəb yoxdur.
