“Ardıcıl iki oyunda məğlub olmaq yaxşı hal deyil. Lakin komanda əlindən gələni edir. Fikrimcə, müdafiədə heç bir problem yoxdur”.
Bu sözləri Korner.az-a “Qəbələ”nin futbolçusu Mixail Sivakov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Simurq”a 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, sözlərinə belə davam edib:
“Ola bilsin ki, ukraynalı futbolçular komandaya tam uyğunlaşa bilməyiblər. Bizə vaxt lazımdır. Ümidvaram ki, növbəti oyunlarda qələbə qazanacağıq”.
Sivakov qarşılaşmanın birinci hissəsində komanda yoldaşı Cavid Hüseynovla yaşadığı kiçik mübahisəni də şərh edib:
“Komanda yoldaşları arasında bu cür mübahisələr yaşana bilər. Ardıcıl iki matçda məğlub olurduq və bu da mübahisəyə səbəb oldu”.
