“Qəbələ”nin futbolçusu cəzalandırıldı
19.05.2023 , 14:06
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Korner.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 34-cü turundakı matçlarda edilən qayda pozuntuları barədə qərarlar qəbul olunub.
“Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun futbolçusu Urfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilib. Oyun bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilib.
Oyun bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə edilib. Görüşdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərərin “Qarabağ” klubu tərəfindən qarşılanması bildirilib.
“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilib