“Qəbələ”nin futbolçusu əməliyyat olundu
06.09.2022 , 15:52
“Qəbələ”nin üç futbolçusu komandanın məşq prosesində iştirak etmir.
Korner.az xəbər verir ki, sağ ayağının çarpaz bağları qopan Rüfət Əhmədov əməliyyat olunub.
Urfan Abbasov və Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirirlər.
