Futbol

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

24.05.2022 , 10:12

“Qəbələ” futbolçularının sağlamlıq durumu ilə bağlı yeni məlumatı açıqlayıb.

Korner.az əyalət klubunun rəsmi saytına istinadən xəbər verir ki, üç futbolçunun proqram üzrə bərpa prosesi davam edir.

“Qırmızı-qaralar”ın vitse-kapitanı Ürfan Abbasov bu gün çarpaz bağlarından əməliyyat olunub. Müdafiəçinin cərrahi müdaxiləsi uğurla yekunlaşıb.

Yaovi Akakpo və Gülağa Əsədov isə zədədən sonra xüsusi proqram üzrə bərpa prosesi keçir.

Son yazılar

Yuxarı