“Qəbələ”nin futbolçusu Elvin Camalov cərrahi əməliyyata məruz qalıb.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi feysbuk hesabı xəbər yayıb.
İstanbulda “Medicana” xəstəxanasında əməliyyat olunan gənc futbolçunun vəziyyəti normaldı.
Camalov 2 həftə sonra fərdi çalışmalara başlayacaq. 4 həftə sonra isə Elvinin komanda ilə məşqlərə qatılması gözlənilir.
