“Qəbələ”nin futbolçusu əməliyyat olunacaq
07.10.2019 , 17:32

“Qəbələ”nin futbolçusu Rasim Ramaldanov əməliyyat olunacaq.
Korner.az xəbər verir ki, Ramaldanov sabah Ukraynanın paytaxtı Kiyevdə diz nahiyəsindən əməliyyat olunacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb
Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” oyununda (0:3) zədələnmişdi. Onun çarpaz bağları qopmuşdu.
