Məşq zamanı zədə alan və dizində mensk yırtığı əmələ gələn Omar Kalabane İstanbulda – “Acıbadem” Fulya Xəstəxanasında əməliyyat olunub.
Korner.az-ın məlumatına görə, travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb.
Futbolçu sabah ölkəmizə dönəcək. Kalabanenin 3 həftə sonra yaşıl meydanlara dönməsi gözlənilir.
