Prmeyer Liqanın XI turunda “Qəbələ” Futbol Akademiyasının yetirməsi Elvin Camalov əsas komandada debüt edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunadan sonra futbolç öz fikirlərini bildirib.
Elvin Camalov: “İlk matçım olduğu üçün müəyyən qədər həyəcan hiss etdim. Bu həyacan matçın startında daha çox idi. Amma sonradan matçın tempinə uyğunlaşa bildim. Məşqçilər öncədən ilk ötürmənin çox önəmli olduğunu söyləmişdilər. Birinci ötürməm dəqiq alındı və nisbətən rahatlaşdım. Önəmli olan komandamızın qalib gəlməsi və məşqçilərin mənə inanmasıdır. Debüt oyunumda bunların hər ikisi baş verdi. Məşqçilərimizin inamını nə dərəcədə doğrultduğumu isə ən yaxşı onlar bilər. Meydançada əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Bundan sonra da məşqlərdə səylə çalışacam. Hədəfim əsas heyətdə oyun praktikamı artırmaq və komandada möhkəmlənməkdir”.