Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı dördüncü rəqibin adı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, komanda iyulun 23-ü, Bakı vaxtı ilə saat 21:00-da Serbiya təmsilçisi “BSK Borça” ilə üz-üzə gələcək. Paytaxt Belqradı təmsil edən klubun əsası 1937-ci ildə qoyulub. Komanda Serbiya Superliqasında mübarizə aparır.
