“Qəbələ”nin futbolçusu Ceyhun Sultanov üçün mövsüm erkən başa çatıb.
Korner.az-ın məlumatına görə, bir müddətdi zədəli olan Sultanov sağalsa da, sırağagün məşqdə zədəsini təzələyib. Həkim müayinəsindən sonra yarımmüdafiəçinin qarşıdakı 4 oyunda da meydana çıxa bilməyəcəyi müəyyənləşib.
Qeyd edək ki, əyalət klubunda Vurğun Hüseynov da mövsümü erkən bitirib.
