Futbol

“Qəbələ”nin cəhdlərinə baxmayaraq “Zirə” qalib gəldi

28.10.2017 , 15:02

Bu gün Azərbaycan Premyer Liqasında X tur çərçivəsində "Zirə" – "Qəbələ" görüşü baş tutdu. İlk yarıda fərqi 2-yə çatdıran "Zirə", ikinci hissədə "Qəbələnin" cavab qolunun qarşısını ala bilmədi. Oyun 2-1 hesabı ilə "Qəbələ"nin xeyrinə başa çatdı. 
                                                                                              ***

71-ci dəqiqədə "Qəbələ" buraxılan toplardan birinin əvəzini çıxmağa nail oldu. 

Famussa Kone-nin atdığı qol ilə fərq minimuma endi. 

Oyunun 43-cı dəqiqəsində Qismət Aliyevə qarşı etdiyi hərəkətin nəticəsində "Qəbələ" nin oyunçusu Cavid Hüseynova qırmızı vərəqə göstərildi

Oyunun 40-cı dəqiqəsi Sadio Tounkaranın vurduğu qol ilə başladı

Bu qolla "Zirə" hesabda 2-0 önə keçdi

"Zirə" – "Qəbələ" qarşılaşmasında hesab açıldı
 
Milan Duriçin 18-ci dəqiqədə atdığı qolla hesab "Zirə" nin xeyrinə dəyişdi

                                                                                             ***
Azərbaycan premyer Liqasının X tur çərçivəsində "Zirə" və "Qəbələ" komandaları yarışır

Oyunun 7-ci dəqiqəsində hesab hələ açılmayıb. 

                                                                                             ***
Bu gün Azərbaycan Premyer Liqasında X turun daha bir görüşü keçirilir

Turun mərkəzi görüşü Zirədə baş tutacaq. Liderin iki ən yaxın izləyicisi üz-üzə gələcək. Ötən turadək məğlubiyyət nə olduğunu bilməyən “Zirə” “Qəbələ”ni sınağa çəkəcək.

17:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev 
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Vüsal Əliyev
Zirə İdman Kompleksinin stadionu
 
“Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozej Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 9. David Manqa, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 87. Müşfiq İlyasov
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 17.Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 57. Kənan Zülfüqarov
Baş məşqçi: Ayxan Abbasov
 
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 28. Stiven Monroz, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 12. Endi Hallidey, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk

Son yazılar

Yuxarı