Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşacaq “Qəbələ”nin bütün rəqibləri bəlli olub.
Korner.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın ilk yoxlama oyunu yanvarın 13-ü Albaniyanın “Partizani” klubu ilə olacaq
Bundan əlavə, “Qəbələ” yanvarın 18-də Rumıniyanın “Qaz-Metan”, 24-də isə Makedoniyanın “Şkendiya” klublarıyla oyunda qüvvəsini sınayacaq.
Xatırladaq ki, “Şkendiya” Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olub. Bakıda keçirilən oyun qolsuz bərabərə başa çatmışdı. “Şkendiya” evdə 1:0 hesablı qələbə qazanaraq bakılıları mübarizədən kənarlaşdırmışdı.
