“Qəbələ”nin Boluda son sınağı
19.07.2023 , 11:46

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün 3-cü yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, bu, “qırmızı-qaralar”ın qardaş ölkədəki hazırlıq prosesində son sınağı olacaq.
Toplanışın 9-cü günündə meydana çıxacaq Elmar Baxşıyevin yetirmələri Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Yoxlama oyunu
19 iyul
19:00. “Qəbələ” – “Qostivar” (Şimali Makedoniya)
Bolu. “Termal otel”in məşq bazası
