“Qəbələ”nin baş məşqçisi və futbolçusuna UEFA-dan sərt cəza
06.08.2018 , 12:53
UEFA “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov və müdafiəçisi Təmkin Xəlilzadəni sərt şəkildə cəzalandırıb.
“Qırmızı-qaralar”ın Avropa Liqasının I təsnifat mərhələsində “Proqress”lə cavab oyununda rəqibə zərbə endirdiyi üçün meydandan qovulan Təmkin Xəlilzadə 4 oyun avrokuboklarda iştirak etməyəcək.Sənan Qurbanov isə tenixiki zonanı tərk edərək, hakimə etiraz etdiyi üçün 2 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, “Qəbələ” Proqres”ə evdə 0:2 hesabı ilə uduzmuşdu. Səfərdə 1:0 hesablı qələbə qazanan bölgə klubu mübarizəni dayandırmışdı.