“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiyanın “Rubin” klubunun istefaya göndərilən çalışdırıcısı Qurban Berdıyevi əvəzləyəcəyinə dair xəbərlərə aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, o, RUsiya mətbuatına açıqlamasında bu fikirləri söyləyib:
“Berdıyev Kazanda böyük miqyasda və möhtəşəm iş görüb. Buna görə bu mütəxəssisi alqışlamaq lazımdı. Mənim “Rubin”ə gedəcəyim haqda xəbərləri isə şərh etmək istəmirəm. Mənim öz komandam var. Həm də bizim indi oyunumuz var”.
