“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bu gün növbəti dəfə meydandan qovulub.
Korner.az-ın məlumatına görə, bu haqda qol.az saytı xəbər yayıb.
Ukraynalı mütəxəssis “Neftçi” ilə Topaz Premyer Liqasının 16-cı turunun “Neftçi”yə qarşı görüşünün 90-cı dəqiqəsində rəqib məşqçi, həmyerlisi Aleksandr Deriberin ilə mübahisə etdiyi üçün tribunaya göndərilib.
Qeyd edək ki, R.Qriqorçuk bu mövsüm Premyer Liqada ikinci dəfə eyni cəzaya məruz qalır.
Bundan başqa, baş hakim Fariz Yusifov A.Deriberini də texniki zonadan qovub.
