“Qəbələ”nin baş məşqçisi istefa verdi
31.08.2019 , 21:10

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov istefa verib.
Korner.az-ın məlumatına görə, məşqçi bu barədə Premyer Liqanın 3-cü turunda “Keşlə”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bildirib:
“Oyun haqda danışmayacağam. 2011-ci ildən “Qəbələ”dəyəm, təcrübəli mütəxəssislərlə çalışmışam. Bütün rəhbərliyə təşəkkürümü bildirirəm. Uzun illər idi buradaydım, bu klub mənim üçün doğmalaşıb. Avropa Liqasının qrup mərhələsində çıxış etdik, ilk titulumuzu qazandıq. Bu şəhər mənim üçün doğmadır. Fariz Nəcəfov başda olmaqla hər kəsə minnətdaram. İstefa verirəm”.
