“Çempionat start götürmədən öncə komandanın komplektləşməsi, yeni oyun üslubuna uyğunlaşması üçün müəyyən zamana ehtiyac olduğunu demişdik. Bu zaman kəsiyində tələblərimizi, istəklərimizi futbolçulara aşılamağa çalışdıq”.
Korner.az-ın məlumatına görə, sözləri “Qəbələ”nin əvəzedici heyətinin ispaniyalı baş məşqçisi Luis Araqon klubunun rəsmi saytına açıqlamasında deyib.
Daha sonra çalışdırıcı bunları deyib:“Gərgin və müntəzəm məşqlərlə hədəflərimizə yaxınlaşırıq. Artıq istədiyimiz nəticələri almaqdayıq. Məqsədimiz kollektiv oyun nümayiş etdirən mübariz komanda formalaşdırmaqdır”.
