“Qəbələ” komandasının Avropa Liqasında Gürcüstanın “Samtredia” klubuna qarşı oyunu “CBC Sport”la canlı yayımlanacaq.
Korner.az-ın xəbərinə götə, bu barədə kanalın baş direktoru Volkan Üst məlumat verib.
O bildirib ki, “Kəpəz”in ardınca, “Qəbələ” klubu ilə də oyunun yayımlanmasına dair danışıqlar müsbət nəticə verib: “Biz oyunun yüksək keyfiyyətdə yayımı üçün əlimizdən gələni edəcəyik”.
