Premyer Liqanın 31-ci turunda “Qəbələ” azlıqda qaldığı səfər oyununda “Xəzər Lənkəran”la heç-heçə etdi – 1:1. Korner.az-ın məlumatına görə, "Qəbələ"nin baş məşqçisi Fatih Kavlak oyunsonrası mətbuat konfransında avrokuboklara vəsiqə qazana bilməmələrindən təəssüfləndiyini bildirib:
"Biz hər oyunda qələbə üçün oynayırıq. “Qarabağ” – “İnter” oyununun nəticəsinə görə Avrokubok şansımızı gözləyirdik. Artıq çempionatın son oyununa hazırlaşacağıq.”.
