“Qəbələ”nin APOEL-lə oyunlarının yeri və vaxtı dəyişdirildi
06.09.2019 , 18:23

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun 1-ci mərhələsində APOEL-lə keçirəcəyi oyunlarının yeri və vaxtı dəyişdirilib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, klublar arasında qarşılıqlı razılaşmaya əsasən, ilk matçın meydan sahibi “qırmızı-qaralar” deyil, Kipr təmsilçisi olacaq.
Nikosiyadakı matç oktyabrın 2-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Cavab oyunu oktyabrın 23-də deyil, ertəsi gün keçiriləcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 14:00-da start götürəcək.
