“Qəbələ”nin altı futbolçusu dünən – avqustun 15-i keçirilən milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarında iştirak edib.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu futbolçuların təmsil olunduğu dörd yığma keçirdiyi oyunları qələbə ilə yekunlaşdırıb. Belə ki, Aleksandr Çertoqanov, Vurğun Hüseynov və Anar Nəzirovun çağırıldığı Azərbaycan yığması Bəhreyni 3:0, Omar Kalabanenin şərəfini qoruduğu Qvineya millisi Mərakeşi 2:1, Deyan Kelharın dəvət aldığı Sloveniya yığması Rumıniyanı 4:3, Urfan Abbasovun çıxış etdiyi Azərbaycan U-21 komandası estoniyalı həmyaşıdlarını 2:0 hesabilə məğlub edib.
Futbolçulardan ən ağır məsuliyyət isə Omar Kalabanenin çiyninə düşüb. Kapitan kimi Qvineya millisinə liderlik edən müdafiəçi komandasının qələbəsində böyük pay sahibi olub.
