Futbol

“Qəbələ”nin 75-ci səfər qələbəsi

14.09.2021 , 11:13

Azərbaycan Premyer Liqasının III turunun “Sabah”la oyunu “Qəbələ” üçün yubileylə əlamətdar olub.

2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ölkə çempionatında 75-ci səfər qələbəsini qazanıb.

Bu, 2006-cı ildən Premyer Liqada çıxış edən komandanın rəqib meydanlarındakı 222-ci matçında qeydə alınıb. Digər görüşlərdə 56 heç-heçəsi olan “qırmızı-qaralar” 91 dəfə uduzub. “Qəbələ” ölkə çempionatlarının 29 illik tarixində səfərdə 75 və daha çox qələbə qazanan 7-ci komandadır.

Premyer Liqada əlamətdar səfər qələbələri

1-ci. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) – 0:1
25-ci. 11.05.2012. “Neftçi” (Bakı) – “Qəbələ” – 0:1
50-ci. 17.10.2015. “Neftçi” (Bakı) – “Qəbələ” – 0:1
75-ci. 11.09.2021. “Sabah” (Bakı) – “Qəbələ” – 0:2

75-ci səfər qələbəsini qazanan “Qəbələ” xallarının sayını 7-yə çatıb. Bu, ilk üç oyun üçün klub tarixinin rekordunun təkrarıdır. “Qırmızı-qaralar” 2015/16 və 2016/17 mövsümlərində də ilk üç qarşılaşmada 7 xal toplayıb.

Son yazılar

Yuxarı