“Qəbələ”nin 3 futbolçusu hazırlıqda iştirak etmir
31.10.2022 , 19:22

“Qəbələ”nin üç futbolçusu komandanın hazırlıq prosesində iştirak etmir.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.
Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir. Bərpa prosesini başa vuran Urfan Abbasov artıq komandanın topsuz çalışmalarında iştirak etsə də, hələlik toplu məşqlərə qatılmır.
AzərbaycanPremyer Liqasının XII turunun “Sabah”la səfər oyununda (1:2) zədələnən futbolçular – Rövlan Muradov, Felipe Santos və Rafael Utziqin durumlarına sabah baş tutacaq müayinələrdən sonra aydınlıq gələcək.
