“Çukariçki”nin yarımmüdafiəçisi Slavolyub Srniç “Qəbələ”yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb.
Korner.az-ın məlumatına görə, o, Serbiya mətbuatına açıqlamasında II təsnifat mərhələsinin püşkü ilə bağlı da danışıb:
“Biz ilk oyunda gözəl qələbə qazanmadıq. Xeyli qol vurmaq imkanlarımız oldu. Amma sadəcə penaltidən fərqlənə bildik. “Qəbələ” isə səviyyəsindən aşağı çıxış etdi. Rəqibimiz təcrübəli komandadı. Lakin onlar da cavab görüşünü Qəbələdə deyil, neytral meydanda keçirəcək. Bu isə o deməkdi ki, rəqibimiz də Bakıdakı stadiona, atmosferə uyğunlaşmalı olacaq. Bu da bizi bir qədər rahatladı. Əsas üstünlüyümüz odu ki, komandamızda olan futbolçular iki ildi ki, birgə oynayır. Ümid edirəm ki, “Qəbələ”ni keçəcəyik və növbəti mərhələdə oynayacağıq“.
