“Qəbələ”dən yeni transfer
04.07.2025 , 10:55

2025/26 mövsümünə hazırlığını davam etdirən “Qəbələ” əsas komandanın heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub.
O, ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib. Ovusu ilə 3 illik müqavilə imzalanıb.
