“Qəbələ”dən yeni transfer
08.10.2024 , 13:10

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əyalət təmsilçisi Murad Musayevlə yeni müqavilə imzalayıb.
30 yaşlı müdafiəçi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub. Əvvəllər də “Qəbələ”də çıxış etmiş Musayev karyerası ərzində “Zirə” və “Səbail”in də formasını geyinib.
