“Qəbələ”dən yeni transfer
20.08.2024 , 12:57

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Konqo milli komandasının yarımmüdafiəçisi Domi Jaures Massoumonu transfer edib. Onunla 2 illik müqavilə imzalanıb.
21 yaşlı futbolçu bunadək vətənində “Otoho d’Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.
