big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ”dən yeni rekord

02.05.2015 , 19:25

“Qəbələ” Topaz Premyer Liqasının XXXII turunda “Qarabağ”la qarşılaşıb. 

Korner.az-ın məlumatına görə, “qırmızı-qaralar” ardıcıl 9-cu dəfə meydanı məğlubiyyətsiz tərk edib.

Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri 8 qələbədən sonra meydandan heç-heçə ilə ayrılıb. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən qələbə seriyası qırılsa da, məğlubiyyətsizlik və qollu oyunlar seriyası davam edir. 
Fevralın 10-da səfərdə “Simurq”un qapısına yol tapa bilməyən (0:2) “Qəbələ” son 10 matçı qolsuz tərk etməyib. Bu görüşlərdə komanda 19 dəfə fərqlənib. Ardıcıl 10 çempionat görüşündə qol vurmaq isə klub tarixinin yeni rekordudur. 2006-cı ildən Premyer Liqada çıxış edən “qırmızı-qaralar” 2010-cu ildə qeydə alınan rekordunu yeniləyib. Həmin vaxt komanda ardıcıl 9 matçda rəqib qapısına yol tapmışdı.
Bu seriyada son 5 oyunda 5 qol vuran Cavid Hüseynovun da rolu olub. Ardıcıl 3 matçdır meydanı qolsuz tərk etməyən yarımmüdafiəçi mövsümdə 11-ci dəfə fərqlənib. O, “Qəbələ”nin tarixində 1 mövsümdə ən çox qol vuran futbolçu adına daha da yaxınlaşıb. Bu göstəricidə rekord ötən mövsüm 12 qol vuran Daniel Subotiçə məxsusdur.
Rekordun 1 addımlığında olan Cavid klub tarixinin ən məhsuldar oyunçularının siyahısında 10-cu yerə şərik olub: Viktor Mendi – 31, Dodo – 23, Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Yannik Kamanan – 17, Deon Barton – 15, Daniel Subotiç – 13, İbrahim Hüseynov, Vitali Balamestnı – hər ikisi 12, Rəşad Yusubov, Cavid Hüseynov – hər ikisi 11.
Bütün qollarını çempionatda vuran yarımmüdafiəçi klubun Premyer Liqadakı bombardirləri siyahısında 6-cı yerə şərikdi: Viktor Mendi – 27, Dodo – 21, Yannik Kamanan – 16, Deon Barton – 15, Daniel Subotiç – 12, Kənan Kərimov, Vitali Balamestnı, Cavid Hüseynov – hamısı 11.
Roman Qroqorçukun rəhbərliyi altında Premyer Liqadakı əvvəlki 11 matçda 9 qələbə qazanıb, 3 dəfə məğlub olan “qırmızı-qaralar” mövsümün 2-ci yarısında ilk dəfə heç-heçə edib. Komanda sonuncu dəfə 2014-cü ilin son qarşılaşmasında – dekabrın 21-də “İnter”lə ev matçında bərabərliyə (1:1) imza atmışdı.

Son yazılar

To Top